Rus döyüş təyyarələrindən biri Rusiya ərazisini bombalayıb.
Medianews.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi, Rusiyaya məxsus döyüş təyyarəsinin Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərini səhvən bombaladığını açıqlayıb. Nazirlik bildirib ki, SU-34 döyüş təyyarəsi ehtiyatsızlıqdan sursatını boşaldıb.
Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, partlayış şəhərin mərkəzində 20 metr genişlikdə krater yaradıb.
Nəticədə iki qadın yaralanıb, bir neçə binaya ziyan dəyib. Yerli vaxtla saat 22:15-də baş verən hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Belqorod şəhəri Ukrayna sərhəddindən 40 kilometr aralıdadır. Ukraynaya hücum etmək üçün havaya qalxan Rusiya təyyarələri də bu şəhərin üzərində müntəzəm uçuşlar həyata keçirir.
Fərid Abbas
Medianews.az