Türkiyənin 11 vilayətində baş verən dəhşətli zəlzələ qurbanlarının dəfn olunduğu məzarlıqlara Ramazan bayramı ərəfəsində ziyarətlər başlayıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən məzarlıqlardan təsirli görüntülər lentə alınıb.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlər nəticəsində həlak olanların sayı 50 500 nəfərə çatıb, minlərlə insan isə hələ də itkindir.