Ötən gecə Ukraynanın paytaxtı Kiyevdə səmada müəmmalı işıq peyda olub.
Medianews.az “New York Times” qəzetinə istinadla bildirir ki, sürətlə aşağı enən və yoxa çıxan obyektin nə olduğu hələ müəyyən edilməyib.
İşıq göründükdən sonra şəhərdə hava hücumu sirenləri də səslənib.
İndiyə qədər bu sirenlər ümumiyyətlə hücumlardan sonra deyil, əvvəllər də səslənirdi.
Bəziləri bu işığın dünən atmosferə girib yox olacağı gözlənilən NASA peyki ola biləcəyini fərz edir.
Qeyd edək ki, sözügedən peyk günəş partlayışları ilə bağlı araşdırmalar apardıqdan sonra öz missiyasını başa vurmalı və özünü məhv etməli idi.
Bununla belə, ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, Ukraynadakı insident peykin atmosferə daxil olması gözləniləndən saatlar əvvəl baş verib.
Medianews.az