Nigeriyanın Laqos şəhərində yaşayan 33 yaşlı Olaide Adenkule adlı qadın ərinin xəbəri olmadan bankdan kredit götürüb.
Medianews.az xəbər verir ki, kredit borcunu ödəyə bilməyən qadın pul tapmaq üçün ağlasığmaz üsula əl atıb.
18 aylıq körpəsini satan ana kredit borcunu ödəyib. Əri vəziyyəti polisə bildirdikdən sonra gənc qadın həbs edilib.
Saxlanılan ana polisə verdiyi ifadəsində qızını kredit borcunu ödəmək üçün satdığını etiraf edib. Ana həbs edilərək həbsxanaya göndərilərkən, polis 18 aylıq körpəni tapmaq üçün axtarışlarını genişləndirib.
Medianews.az