“Uşaq cinsi istismarı hallarına görə üzr istəyirik”.
Medianews.az xəbər verir ki, bu sözləri İspaniya Katolik Kilsəsinin rəsmisi deyib.
Belə ki, İspaniya Katolik Kilsəsi öz müəssisələrində uşaq cinsi istismarı hallarına görə “səmimi və təvazökarlıqla üzr istədiyini” açıqlayıb.
İspaniyanın Katolik Kilsəsinin kardinalı Xuan Xose Omella Madriddə keçirilən plenar iclasın açılışında çıxış edərək,O, uşaqlara qarşı cinsi istismarın günahını etiraf edib:
“Qurbanlardan səmimi və təvazökarlıqla üzr istəyirik. Bu böyük günah üçün bağışlanma dilədik və bağışlanma diləməyə davam edəcəyik. Amma bağışlanma diləmək kifayət deyil, biz bu bəlanın cəmiyyətimizdən silinməsini istəyirik. Bu səbəblə, biz hakimlər, prokurorluq və ombudsmanla əməkdaşlığı davam etdiririk”.
Cəmiyyətin bir çox hissəsini təsir edən bu faktın üzə çıxarılmamasını qınayan və bu sosial problemə qarşı bütün cəmiyyəti əhatə edən bir həll axtarışına rəhbərlik etmələri lazım olduğunu müdafiə edən Omella sözlərini belə davam etdirdi:
“Kilsə Avropada hər beş uşaqdan birinə təsir edən bu bəlaya qarşı mübarizəyə rəhbərlik etmək istəyir. Təəssüf edirik ki, bu ağrılı məsələ hazırda qlobal miqyasda, öz məsuliyyətimizdən qorxmadan həll olunmur. Biz bu dramı təhlil etməkdə israr edirik.”
İspaniya Katolik Kilsəsi daxilindəki müəssisələrdə uşaq cinsi istismarı ilə bağlı 706 ittiham barədə məlumat verib.
Bildirilib ki, hesabatda yer alan 706 hadisədən 186-sı son dövrə aiddir.
Medianews.az