Pakistanda təbii fəlakət nəticəsində yük maşınları torpaq altında qalıb.
Medianews.az xəbər verir ki, Hayber Paxtunxva əyalətində güclü tufan zamanı torpaq sürüşməsi baş verib.
Sürüşmə nəticəsində 20-dən çox yük maşını torpaq altında qalıb.
Səlahiyyətlilər tərəfindən verilən açıqlamada təbii fəlakətdə 2 əfqanın həyatını itirdiyi, ağır yük maşınları ilə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Ölənlərin sayının arta biləcəyi də istisna edilmir.
Fərid Abbas
Medianews.az