Türkiyənin məşhur aktrisa və aparıcısı Açelya Akkoyun 1 ayda 17 kilo arıqlayaraq sevənlərini təəccübləndirməyi bacarıb.
Medianews.az xəbər verir ki, Akkoyun öz şəxsi media hesabında yeməyini azaltmaqla bir ay ərzində yalnız bir yeməklə qidalandığını etiraf edib.
Bol su içən və idmanla məşğul olan Acelya Akkoyun bunları qısa müddət ərzində etmədiyini və illər keçdikcə vərdiş halına gəldiyini bildirib.
Hazırda nizamlı qidalanan və formada qalmağın qayğısına qalan aktrisa çörəyi həyatından çıxardığını da əlavə edib.
Arıqlamaq üçün buna inanmağın son dərəcə vacib olduğunu vurğulayan Akkoyun hər kəsə çörəyi həyatından çıxarıb, su içməklə, nizamlı idmanla məşğul olmaqla çata bilməyəcək bədən olmadığını göstərib.