BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi və BMT-nin Sudandakı Keçid Dəstəyi Missiyasının rəhbəri Volker Pertez bildirib.
Onun sözlərinə görə, aprelin 15-də Şimali Darfur ştatının Kabkabiya şəhərində Ümumdünya Ərzaq Proqramının üç işçisi vəzifə borcunu yerinə yetirərkən öldürülüb.