Metroda həyəcanlı anlar yaşanıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyədəki Kirazlı-Yenikapı xəttinin Menderes dayanacağında baş verib.
Stansiyaya yaxınlaşan metrodan yüksələn tüstü insanlar arasında çaxnaşmaya səbəb olub.
Sözügedən səbəbdən dolayı, həmin stansiyada həyəcan siqnalları səsləndirilib və hərəkət intervalı dayandırılıb. Sərnişinlər ərazidən çıxarılıblar.
Görülən tədbirlər nəticəsində çıxan tüstünün qarşısı alınıb və metroda hərəkət bərpa edilib.
Sərnişinlər həmin anları telefonla çəkərək paylaşıblar:
Aytac Şahin
Medianews.az