Antalyada küçənin ortasında dava edən cütlük ətrafdakı vətəndaşlar tərəfindən telefonunun kamerası ilə lentə alınıb.
Medianews.az xəbər verir ki, Alanya rayonunda baş verən hadisədə qadınla kişinin küçənin ortasında davası ətrafdakı insanları qorxuya salıb.
Kadrlarda adı açıqlanmayan qadının bir kişi tərəfindən döyüldüyü görünür.
Yumruq və təpiklərlə döyülərək yerdə sürüklənən qadın “məni burax” deyə qışqıraraq kömək istəyib. Kadrların davamında isə qadının əlinə aldığı daşı onu döyən kişiyə atdığı görülüb. Bir müddət sonra vətəndaşlardan biri dava edən cütlüyü ayırmağa çalışsa da, bu cəhd nəticəsiz qalıb.
Bölgəyə polis qrupları göndərilərkən cütlüyün narkotik aludəçisi olduğu iddia edilib. Polis qrupları tərəfindən bölməyə aparılan cütlük bir-birindən şikayət etməyib.
Medianews.az