Çin və Tayvan arasında münasibətlər gündən – günə gərginləşir.
Medianews.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi dünən səhərdən bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 70 hərbi təyyarə və 11 döyüş gəmisinin aşkarlandığını bildirib.
Belə ki, Pekin “Vahid Çin” prinsipini vurğulayaraq Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan dövlətlərin Tayvanla diplomatik əlaqələri kəsməsini şərt qoyur.
Medianews.az