Avtoparkda başlayan “söyüş” davası bıçaqlanma ilə nəticələnib.
Medianews.az xəbər verir ki, hadisə dünən saat 23.30 radələrində Çobançeşme məhəlləsində Bülent Ecevit bulvarında baş verib.
Avtomobili ilə dayanacağa gələn Ayhan Aydın burada B.B. ilə qarşılaşıb. İddiaya görə; İkili arasında “söyüş” səbəbilə mübahisə yaranıb. Bu vaxt B.B., Aydını bıçaqlayaraq qaçıb. Hadisə yerinə gələn tibb əməkdaşları Ayhan Aydının öldüyünü təyin etdi.
Polis tərəfindən keçirilən əməliyyat nəticəsində cinayət törədərək qaçan şəxs İstanbulda saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aytac Şahin
Medianews.az