Hindistanda 6 turist qar uçqunu nəticəsində həlak olub.
Medianews.az xəbər verir ki, Hindistanın NDTV kanalının məlumatına görə, ölkənin şimal-şərqində, Nathu La dağ keçidində yerli vaxtla saat 12:20-də qar uçqunu düşüb.
Xilasetmə əməliyyatları zamanı uçqun altında qalan 22 nəfər xilas edilərək rayondakı xəstəxanalara çatdırılıb.
Uçqun altında qalanların hələ də sağ qala biləcəyi üçün axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, Hindistanın Çinlə sərhədində yerləşən Nathu La Dağ keçidi öz mənzərəsinə görə məşhur turistik yerlər sırasındadır.
Medianews.az