Evlənməyə hazırlaşan nişanlı cütlük arasında baş verən mübahisə ölümlə nəticələndi.
Medianews.az xəbər verir ki, dəhşətli hadisə Türkiyədə baş verib.
Sultanqazidə ayaqqabı emalatxanasında birlikdə işləyən və evliliyə hazırlaşan nişanlı cütlük Fatih Akboğa ilə Emel Özan arasında mübahisə düşüb. Bu zaman Akboğa Özanı sinəsindən tapança ilə vuraraq ağır yaralayıb, daha sonra isə eyni silahla başına atəş açaraq intihar edib.
Silah səslərini eşidən vətəndaşlar vəziyyəti polis və sağlamlıq qruplarına xəbər verib. Hadisə yerinə gələn sağlamlıq qrupları yaralıları təcili yardımla xəstəxanaya apararkən, polis hadisə yerində təhlükəsizlik tədbirləri görməyə başlayıb.
Özünü güllələyən Fatih Akboğa həyatını itirib. Sinəsindən yaralanan Emel Özan isə xəstəxanada həyat mübarizəsini davam etdirir.
Aytac Şahin
Medianews.az