Bu sabah Hollandiyada dəhşətli qəza baş verdi.
Medianews.az xəbər verir ki, ötən gecə Haaqa yaxınlığında hərəkət edən qatar relsdə saxlanılan tikinti materialları ilə toqquşub və relsdən çıxıb. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb.
Hollandiyanın Voorschoten kəndi yaxınlığında baş verən qəzada ən azı 1 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilib.
Qatarda 50 nəfərin olduğu bildirilərkən, yaralıların çoxunun vəziyyətinin ağır olduğu qeyd edilib.
Axtarış-xilasetmə işlərində iştirak edən səlahiyyətlilər 19 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Digər yaralılara isə hadisə yerində tibbi yardım göstərildiyi qeyd edilib.
Yerli KİV-lər qatarın Leyden şəhərindən Haaqaya getməyə hazırlaşdığını, vaqonda alovların yüksəldiyi və relsdən çıxaraq aşıb getdiyi açıqlanıb. Qəzaya görə Leyden və Haaqa arasında uçuşlar dayandırılıb.
Medianews.az