Kafedə baş verən partlayış nəticəsində bir nəfər vəfat edib.
Rusiyalı bloq yazarı Vladlen Tatarski Peterburqda partlayış nəticəsində həlak olub.
Medianews.az xarici mediaya istinadla bildirir ki, Tatarskini öldürən bombanın heykəlin içərisində gizlədildiyi bildirilib.
Qeyd edək ki, partlayış nəticəsində 1 nəfər ölüb, azı 25 nəfər yaralanıb.
Hadisə yerində araşdırma aparan polis əməkdaşları partlayışın partlayıcı qurğu ilə törədildiyini bildiriblər.
Rusiya dövlət mediasının məlumatına görə, dəbilqəli əsgərin heykəlini bir qadın Tatarskiyə hədiyyə edib. Daha sonra qadın kafeni tərk edib. Bir neçə dəqiqə sonra partlayış baş verib.
Məlum olub ki, kafe bir vaxtlar rusiyalı muzdlu “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinə məxsus olub.
Rusiya hakimiyyəti insidentə görə Ukraynanı günahlandırsa da, Ukrayna tərəfi Rusiyada daxili terrorizmin baş verdiyini iddia edib.
Medianews.az