İstanbul Zeytinburnunda İYİ Partiya İl Başçılığına silahlı basqın edilib. Hücum edənin tapançasından çıxan iki güllə partiya binasının pəncərələrinə dəyib.
Birinci güllə birinci mərtəbədəki bufetin pəncərəsindən keçərək stula dəyib. İkinci güllənin 3-cü mərtəbədəki konfrans zalına dəydiyi, şüşənin partladığı, lakin güllənin içəri girmədiyi müəyyən edilib.
Hücum edən şəxs axşam saatlarında yaxalanıb. Xəbəri daxili işlər naziri Süleyman Soylu Twitter hesabında paylaşıb. Soylu paylaşımında bu açıqlamaları verib:
“Türk polisi sizi tutacaq. İYİ Partiya İl Başçılığına dəyən hücumu törədən şəxs tutuldu. İttiham edəndə məsul şəxslər diqqətli olmalıdırlar”.
Aytac Şahin
Medianews.az