Hindistanın İndor şəhərində məbədin damının uçması nəticəsinə qorxunc hadisə yaşanıb.
Medianews.az Hindistan Times- ə istinadla xəbər verir ki, hadisə festival zamanı məbəddə köhnə böyük quyunun (bavdi) damının çökməsi nəticəsində baş verib.
Belə ki, festival zamanı çoxlu sayda insanın köhnə quyunun damına çıxdığı və damın ağırlığıa tab gətirməyərək çökdüyü, ən azı 25 nəfərin quyuya düşdüyü bildirilib.
Bildirilib ki, quyuya düşənlərdən 18-i xilasetmə işlərindən sonra xilas edilib, qalan 7 nəfər üçün isə iş davam etdirilir.
Hindistanın baş naziri qəzaya görə kədərləndiyini bildirib.
Medianews.az