Türkiyənin Ankara şəhərində məktəbdən uzaqlaşdırılan lisey şagirdi cinayət törədib.
Medianews.az türk mətbuatına istinadla xəbər verir ki, narkotik aludəçisi olduğu iddia edilən 17 yaşlı gənc əvvəllər oxuduğu Anadolu Liseyinin qarşısında ətrafdakıları narahat etməyə başlayıb.
Belə ki, Ankarada universitetdə oxuyan 22 yaşlı Fələstin vətəndaşı Ömər A. -ya “məni söydün” deyərək hücuma keçərək bıçaqla müxtəlif nahiyələrindən xəsarət yetirib.
Daha sonra narkotikin təsirindən özündə olmayan şəxs məktəbin yanında şagirdlərə hücum edərək onları da yaralayıb.
Təcavüzkar şagird, müəllim və valideynlər tərəfindən zərərsizləşdirilib.
Dövlət Xəstəxanasına aparılan yaralı şagirdlərdən Alperen Palta dünyasını dəyişib.
Cinayətkar həbs edilib.
Medianews.az