ABŞ vətəndaşı, “The Wall Street Journal” qəzetinin Moskva bürosunun müxbiri Evan Qerşkoviç həbs edilib.
Medianews.az rus mətbuatına istinadla xəbər verir ki, jurnalist ABŞ hökuməti adından casusluq etdiyi üçün saxlanılıb.
Müəyyən edilib ki, Evan Qerşkoviç Amerika tərəfinin göstərişi əsasında Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatlar toplayıb.
Qeyd edək ki, məxfi məlumatları əldə etməyə çalışarkən əcnəbi Yekaterinburqda saxlanılıb.
Jurnalistə casusluq işi açılıb.