Bazar ertəsi, 5 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Kamal Dəniz: “Gələcək nəsil bunu bizə bağışlamayacaq”-VİDEO

XƏYALƏ
29/03/2023 17:29
251
BAXIŞ
FacebookTwitterTelegram

Bugünkü söhbətimizdə “Çöl adamı” kimi tanıdığımız, Dünya Üzgüçülük Konfederasiyasının üzvü, “Qızıl pəri” mükafatı laureatı, Azərbaycanın fəxri ovçusu, teleaparıcı, PADİ sistemi üzrə beynəlxalq sualtı üzgüçülük konfederasiyasının üzvü, Dive Master Kamal Dənizdir. Onunla 8 ildir ki, müəllifi olduğu “Çöl adamı” layihəsindən danışdıq.

Medianews.az– ın redaksiyasında qonaq olan həmsöhbətimiz tarixi abidələrimizin baxımsızlığından və qarşılaşdığı vəziyyətin reallığından bəhs etdi.

– “Çöl adamı” layihəsi böyük maraq doğurdu. İşə başlayarkən onun bu qədər marağa səbəb olacağını gözləyirdinizmi?

– İlkin olaraq onu qeyd edim ki, Azərbaycan mənim üçün gözəl ölkədir. Əvəllər Azəbaycanı bu qədər yaxşı tanımırdım.  8 ildə özüm də çox şey öyrəndim. Mən daha çox Qarabağ bölgəsini yaxşı tanıyırdım. Çünki atam kəlbəcərli, anam şuşalıdır, özüm isə Ağdamda böyümüşəm. Qarabağı, demək olar ki, uşaq yaşlarımdan qarış-qarış gəzmişəm. Vətən sevgisinin heç bir mədəniyyət, təbiətlə əlaqəsi yoxdur. Bu layihəyə dəvət aldıqda düşündüm ki, beləliklə, Azərbaycanı daha yaxşı tanıyaram. “Çöl adamı” nümayiş olunduqdan sonra 5 kanalda onun təkrarını etməyə çalışdılar.

– Ancaq bu özünü “Çöl adamı” qədər doğrultmadı.

-Elədir, onlarda alınmadı. Çünki ilk növbədə təbiətdən, bitkilər, heyvanlar aləmindən xəbərdar olmaq lazım idi. Mən Beynəlxalq Konfederasiyanın üzvüyəm, 120 metr suyun dibinə dalmağı bacarıram. Azərbaycanda elə bir aparıcı varmı ki, suyun dibinə dala bilsin? Suyun altında balıq ovlasın. Xəzər dənizinin dibini – 4 tərəfini xəritə formasında çəkmişəm. Suyun dibində axın haradan gəlir, hansı istiqamətdə davam etdiyini qeyd etmişəm. Sabah “diving” edəndə bilməlisən ki, haradan girib, hardan çıxmalısan. Çünki suyun altında xəritə yoxdur. Dalmaq istədiyin yerin xəritəsi sənin göznüün önünə gəlməlidir.

Uşaqlıqdan yemək bişirməyi, təbiət qoynunda olmağı, təbiətdə gəzməyi sevmişəm. Azərbaycanın fəxri ovçusuyam. Digər kanallarda bu layihə ona görə alınmadı ki, onlar kitabdan oxuyub eynisini etmək istədilər. Bu isə qeyri-mümkündür. Meşədə gedəndə baxıram ki, hansı ot, hansı bitki yeməlidir, hansı zəhərlidir. Bütün bunlara bələd olduğum üçün bu, məndə alınır.

– Bəs niyə görə “Çöl adamı”?

– İnsanlar çöl adamı ilə çöldəki adamı səhv salırlar. Çöldə olan adam gedib hansısa vəhşi heyvanı öldürüb onun əti ilə qidalanır. Amma əslində isə çöl adamı çöllərdə gəzən adamdır. Diqqət etmisinizsə, mən şəhərdə deyil, çöllərdə oluram. Mən yeməyimi özümlə aparıram. Məqsədim təbiətə ziyan vurmaq deyil.

– Tez-tez bölgələrdən şikayətlər olunur ki, “Tarixi abidələrimiz məhv olmaq üzrədir, bu abidələrə sahib çıxılmır, baxılmır və sair”. Siz bu hadisələrin canlı şahidisiniz, bölgələrimizdə bu yöndə real vəziyyət necədir?

– Bölgələrimizdə tarixi abidələrimizin vəziyyəti acınacaqlıdır. Misal üçün, ötən dəfə Gəncədə Fayton yolunu çəkmək istəsəm də, alınmadı. Dağda olan abidələrin çoxu acınacaqlı vəziyyətdədir. Hər bir tarixi abidə insanların ziyarəti üçün açıq olmalıdır. Biz bu baxımdan da təəssüf edirik. Məni ən çox məyus edən tarixi aidələrin üzərinə yazılan yazılardır. Bu da Mədəniyyət Nazirliyinin işçilərinin həmin ərazilərdəki nəzarətsizliyi və səriştəsizliyindən irəli gəlir. Axı, abidəni niyə yazaq? Bu insanların düşüncəsi mənə çatmır. Qəbir daşının üstünə ad yazarlar, divara niyə yazırsınız? Abidə baxıcıları da ona reaksiya vermir. Abidə baxıcısı orada olsaydı, qoymazdı. İçəridəki yazılara görə məcburuq ki, biz o abidənin çölünü çəkməyək. Vallah, gələcək nəsil bunu bizə bağışlamayacaq.

– Əslində, bu, bir az da vicdan məsələsidir. Təəssüf ki, tarixi abidələrimizi qorumağı, ona sahib çıxmağı tam olaraq bacarmırıq.

– Mən Türkiyədə Efes antik şəhərini çəkdim. Orada şəhərin içində böyük kolonlar var. Kolonun içərisi dağıdılsa da, türk qardaşlarımız beton dirəklə qalanın hissələrini yığıb. Öz tarixlərinə o qədər gözəl və səliqəli şəkildə sahib çıxıblar ki…
Burada isə tarixi abidələrimizə yaxınlaşa bilmirəm. Abidələrimizi kol-kos basır. 180-dan çox tarixi abidə çəkmişəm. O qədər də çox abidələrimiz yoxdur, heç olmasa, olanları təmiz saxlayaq. Abidələrimizin üzərində ağaclar bitir. Bir çoxunu çəkib, göstərmişəm. Ağacın kökü abidənin divarlarının arasından çıxır, abidəni parçalayır, divarlar aşır…

– Mədəniyyət Nazirliyinə bu mövzuda müraciət etmisinizmi?

– Onlar ancaq çəkiliş etmək istəyəndə meydana çıxırlar. Elə abidə olub ki, gəlib demişəm ki, o abidəni çəkmək istəyirəm. Mədəniyyət Nazirliyinin işçisi-qala abidə baxıcısı abidənin harada yerləşməsindən xəbərsiz olub. Abidəyə nəzarət edən şəxs məndən soruşur ki, “o harada yerləşir, siz bilirsiniz? Mənim xəbərim yoxdur, gedək birlikdə baxaq”. Soruşuram ki, neçə ildir ki, abidə baxıcısı işləyirsiniz? Deyir ki, iki ildir bu abidənin baxıcısıyam. Dedim yaxşı, iki ildə niyə bir dəfə gedib abidəni görməmisiniz? Gəlsinlər, mən deyim o adam kimdir?

 

– Bəlkə gözdən uzaqdır deyə, könüldən də iraq düşb? Hesab edilir ki, heç kimin xəbəri olmayacaq…

-Abidədən 200 metr aşağıda yaxşı restoran var, necə yəni xəbərsizdirlər?! Restorandan xəbərdardırlar, abidədən yox? İsmayıllıdadır həmin abidə, o qədər də uzaqda deyil. Heç olmasa, aldığı məvacibə görə insan utanar ki, mən buradan məvacib alıram, gedim görüm o abidə nə olan bir şeydir. Azərbaycan təbiətinin 90 faizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır. Sual verirəm ki, abidəni niyə təmizləmirsiniz? Əllərində bir bəhanə var ki, ağacı kəssək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bizi cərimələyək. Deyirəm, yaxşı, məktub formasında müraciət edin. Elə bir ağac növləri var ki, onlar nə qiymətli ağac növüdür, nə də meyvəsi var. Kol-kosdan ibarət, lazımsız bir ağacdır. Bir dəfə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə dedim, o da müsbət cavab verdi. Dedi nə lazımdır, nazirlikdə köməklik göstəriləcək. Sağ olsun, etdi də. Necə olur, mən adi bir vətəndaş kimi müraciət etdim, köməklik etdilər, siz etdiniz sizə kömək etmədilər?

Çəkiliş etmək istəyəndə zəng edirəm ki, gəlmişəm abidəni çəkməyə, baxıram ki, abidənin ətrafını traktorla qazırlar. Məni abidənin yanına buraxmırlar, deyirlər ki, bura icra hakimiyyətinindir, olmaz. Ekologiya və Təbii Səvətlər Nazirliyinin balansında olan meşəni necə qaza bilərsiniz, bəs? Abidələrin yanında qazıntılar gedir deyə bizi ora buraxmırlar. Zəng edirəm nümayəndəliyə, deyirəm niyə qazırlar, deyirlər onlar qızıl gəzənlərdir, bizlik deyilik. Abidələrə cavabdeh şəxslər evdə oturub ancaq iclas olan zaman gedirlər. Çəkiliş zamanı abidəyə yaxınlaşıb divarı göstəyəndə ora koldan-kosdan yaxınlaşmaq olmur. Deyirəm bu abidəyə niyə baxmırsınız? Deyirlər abidələr çoxdur, baxa bilmirik. Deyirəm hansı yaxşıdır, deyin, gedim onu çəkim?

– Sosial şəbəkələrdə tarixi abidələrimizin baxımsızlığı ilə yanaşı, orada heyvanların otarıldığı fotolara da rast gəlirik. Bəs, bunların necə, şahidi olmusunuzmu?

– Gədəbəydə “Qız qalası” yolunun üstndə Maxrasa məbədi var. Böyük bir abidədir. O qədər möhtəşəmdir ki… Abidəyə yaxınlaşdım, gördüyüm mənzərə məni çox məyus etdi. Abidənin hansı otağına daxil oldumsa, orada hər bir otağın önündə çadır qurulduğunu və o çadrlarda heyvanlar saxlanıldığının şahidi oldum. Mağaraya daxil olduqda insanların mağaranın içinə zibil tökdüyünü gördüm. Mən o hissələri çəkə bilmədim. Cavabdeh şəxs də demir ki, buranı niyə zibilləyirlər? Halbuki, möhtəşəm mağaralardır. Abidəyə münasibət belə olmamalıdır axı. İnsanlar niyə düşünmür ki, bizim ölkəyə gələn turist bir dəfə bura yeməyə görə gələcək, növbəti dəfə o ölkənin tarixi abidələrini gəzmək istəyəcək. Biz tariximizi niyə zibilləyirik?

– İllər əvvəl çəkdiyiniz bir abidəni yenidən çəkməyə gedəndə nələrin şahidi olursunuz?

– Misal üçün, bir abidəni 8 il öncə çəkməyə gedəndə onun hündürlüyü 4 metr idisə, indi gedəndə görürəm ki, iki metr qalıb. Nazirliyə müraciət edəndə isə məni yola verirlər. Elə bir vəziyyətə gətirib çıxaracaqlar ki, bunları toplayıb harasa təqdim edəcəm.

– Gəlin, mövzunu dəyişək. Tamaşaçının sizi Riyad obrazından aktyor kimi tanınması bu işinizdə hər hansı çətinlik yaratdımı?

– İki ali təhsilim var, başqa sahəni də seçə bilərdim. İnsanlar nədənsə məni aktyor kimi qəbul etdi. Hələ də rayonlara gedəndə mənə Riyad deyirlər. Baxmayaraq ki, həmin serialın çəkilməsindən 20 il keçib.

– Bu, ilk teleserial idi və ilklər unudulmur.

– Elədir. Ədalət Şükürovun bir klipində xəzər dənizində sualtı çəkilişə kömək edim. Klip çəkilişi zamanı 25-30 yaşında bir rejissor Rahim Sadıqbəyli yaxınlaşdı. Dedi ki, səni filmə çəkmək istyirəm, açığı, əvvəl real qarşılamadım, ciddiyə almadım. Ədalətin klipində 2-3 süjetə çəkildim. 4 saatdan sonra həmin rejissor mənə zəng etdi. Mən isə bu obrazı canlandırmaqdan imtina etdim. Həmin an yanımda dostlarım vardı, telefonu əlimdən alıb rejissoru oturduğumuz məkana dəvət etdilər. Rahim Sadaıqbəyli gəlib ssenarini göstərdi və bildirdi ki, Azərbaycanda ilk teleserial olacaq. Qeyd etdi ki, serialın çəkilişlərinə başlamaq istəsəm də, Kamalı razı sala bilmirəm. Bir də maliyyə baxımdan problemimiz var. Dostlarım pulu verdilər, dedilər gedin sabahdan çəkilişlərə başlayın. Çox adam da elə bilir ki, o serialın sponsoru mənəm. Serial bir ilə çəkildi. Hər dəfə Bakıya gəlir, mənə aid olan epizodlara çəkilib, yenidən qayıdırdım. 2003-cü ilin may ayında Azərbaycana gəldim. Sərhəddən keçəndə məni görüb gülümsəyərək sizi tanıyırıq dedilər. Açığı, mən bu reaksiyanı başa düşmədim. Dedilər ki, siz o serialdakı aktyorsunuz. Düşünürdüm ki, görən, harada görüblər məni. “Bəyaz həyat” serialı o zaman üçün böyük rezsonans yaratmışdı.

– Son olaraq oxuculara sözünüz…

– Dəvətiniz üçün təşəkkür edirəm. Gəlin tariximizə, abidələrimizə sahib çıxaq.

Xəyalə Rəis

Medianews.az 

DAHA ÇOX OXU

export

İnfluenserlərin gözü qarşısında atəş açıldı – Şikayətçidilər!

04/06/2023 20:10
export

Ukraynada Rusiya hərbçilərinin zorladığı uşaqların SAYI: Ən kiçiyinin 4 yaşı var

04/06/2023 19:57
export

Aysun qalmaqaldan sonra ilk dəfə efirə çıxdı – Hər şeyi gizlətmək olmur…

04/06/2023 19:46
Cəmiyyət

Azərbaycanda unun qiyməti bu tarixdən bahalaşacaq

04/06/2023 19:25
export

“Bir məşhur cərrah sinə əməliyyatı edib, əlini vurursan daş kimi, bir ay sonra…”

04/06/2023 18:58
export

Oğlu faciəvi şəkildə ölən Mahir Əzimov həbsdən buraxıldı

04/06/2023 17:49
SON XƏBƏR

Gənc yaşda xərçəng hallarının artmasının ƏSAS SƏBƏBİ - Bir dilimi belə zərərli olan QİDALAR!

Fuad Nəsirov müdir TƏYİN OLUNDU

Əməkdar artistin “Range Rover”i soyuldu: Xanımının çantası, 920 manat pul...

Xəbər lenti

Sinqapurda dünya kəşfiyyat orqanlarının rəhbərləri gizli görüş keçirib

05/06/2023 07:17

Erməni diversantlardan inanılmaz etiraflar – VİDEO

05/06/2023 07:01

Zabit Səmədov prezidentin nəvələri ilə bir arada – FOTO

05/06/2023 06:38

Məşhəddə güclü yanğın: Şəhəri tüstü bürüdü

05/06/2023 06:16

Armen Qriqoryan: “Azərbaycan və Ermənistan 2023-cü ilin sonuna kimi sülh sazişi imzalaya bilər”

05/06/2023 06:01

Polşada yüzminlərlə insan etiraza qalxdı – VİDEO

05/06/2023 05:45

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

05/06/2023 00:35

İnfluenserlərin gözü qarşısında atəş açıldı – Şikayətçidilər!

04/06/2023 20:10

Ukraynada Rusiya hərbçilərinin zorladığı uşaqların SAYI: Ən kiçiyinin 4 yaşı var

04/06/2023 19:57

Aysun qalmaqaldan sonra ilk dəfə efirə çıxdı – Hər şeyi gizlətmək olmur…

04/06/2023 19:46

Azərbaycanda unun qiyməti bu tarixdən bahalaşacaq

04/06/2023 19:25

“Bir məşhur cərrah sinə əməliyyatı edib, əlini vurursan daş kimi, bir ay sonra…”

04/06/2023 18:58

Oğlu faciəvi şəkildə ölən Mahir Əzimov həbsdən buraxıldı

04/06/2023 17:49

MADRID, SPAIN - MARCH 09: Karim Benzema of Real Madrid celebrates after scoring their team's second goal during the UEFA Champions League Round Of Sixteen Leg Two match between Real Madrid and Paris Saint-Germain at Estadio Santiago Bernabeu on March 09, 2022 in Madrid, Spain. (Photo by Gonzalo Arroyo Moreno/Getty Images)

“Real”dan ayrılan Benzema bu klubla razılığa gəldi

04/06/2023 17:39

İkinci əl avtomobil ehtiyyat hissələri ucuzlaşa bilər – VİDEO

04/06/2023 16:36

Hava ilə bağlı XƏBƏRDARLIQ: Yağış, şimşək, dolu…

04/06/2023 15:44

“Ümidimi üzmürəm” – Vüsalə Əlizadə

04/06/2023 15:37

Maaşlarla bağlı SEVİNDİRİCİ XƏBƏR – Nazir müavini AÇIQLADI – VİDEO

04/06/2023 15:14

Ordumuzun mövqeləri atəşə tutulub

04/06/2023 15:09

Bakıda 5-ci mərtəbədən özünü atmaq istəyən qadın belə XİLAS EDİLDİ – VİDEO

04/06/2023 15:03

Türkiyənin yeni xarici işlər naziri Azərbaycana gəlir

04/06/2023 14:00

“GECİKMƏYİN SƏBƏBİ BAĞIŞLANMAZDIR VƏ ONUN HAQQINI YEYƏNLƏR UTANMALIDIR”

04/06/2023 13:46

Nazir müavinindən maaşlarla bağlı ŞAD XƏBƏR: “1000 manat…” – VİDEO

04/06/2023 13:28

İlanın qarnından görün nə çıxdı  —  ŞOK

04/06/2023 13:15

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.