Rusiyada məktəbli qız bayrağı yandırdığına görə həbs edilib.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Tomsk vilayətində məktəbli qız Rusiya bayrağını yandırdığına görə 5 aylıq azadlıqdan məhrum edilib.
Məlumata görə, qız 2022-ci ilin may ayında sinif yoldaşlarının diqqətini cəlb etmək məqsədilə bu cinayəti törədib. O, küçədə tapdığı Rusiya bayrağını dostlarının yanına gətirib və yandırıb.
Məktəbliyə Rusiya bayrağını təhqir etdiyinə görə iş açılıb.