İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.
Medianews.az xəbər verir ki, İranın Tehran Universitetinin Seysmologiya Mərkəzinin yaydığı bəyanatda bildirilir ki , Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində yerli vaxtla saat 06:46-da 5,6 bal gücündə Zəlzələ 8 Kilometr Dərinlikdə Baş Verib.
Qərbi Azərbaycan Qubernatorluğunun Böhran İdarəetmə Baş direktoru Əmir Abbas Caferi zəlzələdən eyni vilayətin Salmas şəhərinin də zərər çəkdiyini bildirib və “Həm şəhərlərdə bəzi binalar, həm də kəndlərdəki evlər ziyan görüb” dedi.
Zəlzələdə yaralananların xəstəxanaya yerləşdirildiyini bildirən Caferi:
“Zəlzələdə 82 nəfər yaralanıb. Xəsarət alanlardan 70 nəfərə ambulator müalicə göstərildiyi halda, 12 nəfərə xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir”.
Medianews.az