Sabiq prezident Donald Trampın ABŞ-da həbs olunma ehtimalına qarşı ölkənin böyük şəhərlərində keçirilə biləcək etiraz aksiyalarına hazırlıqlar davam edərkən, sosial mediada ortaya çıxan görüntülər ilk növbədə ölkə gündəminə daxil olub.
Medianews.az xəbər verir ki, sabiq prezident Donald Tramp günlərdir ABŞ-da gündəmindədir.
Trampın Stormi Danielsə 130 min dollarlıq “susmaq” ödəməsi ilə bağlı araşdırma aparılır.
ABŞ-da cinayəti ört-basdır etməyə cəhd, cinayətin xarakterindən asılı olmayaraq daha ciddi ittihama çevrilə bilər.
Tramp həbs olunarsa, o, cinayətdə ittiham olunan ilk ABŞ prezidenti olacaq. Çərşənbə axşamı həbs olunacağını iddia edən Tramp tərəfdarlarını etiraza çağırıb və ona qarşı irəli sürülən ittihamları rədd edib.
Trampın iddiasının əksinə olaraq, çərşənbə axşamı günü həbs olunmayıb.
Lakin ölkə hələ də bu həbsin mümkünlüyü ilə bağlı həyəcan təbili çalır.
Gözlər prokurorluğun qərarına çevrilərkən, sosial şəbəkələrdə yayımlanan kadrlar birdən-birə ölkə gündəminə ilk sırada daxil olub.
Trampın Nyu York Polis Departamentinin (NYPD) əməkdaşları tərəfindən saxlanıldığını göstərən kadrlar sosial mediada yayılıb.
ABŞ-ın ən çox satılan qəzetlərindən biri olan New York Post (NY Post) “Trampın həbs olunduğunu iddia edən dəhşətli dərin saxta fotolar yayımlanıb” başlığı ilə oxucularının qarşısına çıxıb.
Xəbərdə süni intellektin köməyi ilə yaradılan kadrların 4 milyon baxış topladığı bildirilib.
Medianews.az