Boğazda ortaya çıxan su samuru görənləri heyrətə salıb. Su samuruna baxmaq üçün cib telefonunu əlinə alan vətəndaşlar “Bunun burada nə işi var?” deyərək təəccüblərini bildiriblər.
Medianews.az xəbər verir ki, Meqa şəhər İstanbulun sahil hissəsində dolaşan vətəndaşlar Boğazda qeyri-adi mənzərə ilə qarşılaşıblar. Əvvəlcə dənizdə batan məxluqun nə olduğunu anlamayan vətəndaşlar bunun su samuru olduğunu anlayanda məəttəl qalıblar. Vətəndaşlar dərhal cib telefonlarına sarılaraq su samurunu çəkiblər. Ortaya çıxan və yoxa çıxan su samurunun diqqətini çəkən vətəndaşlar “bunun burada nə işi var?” deyərək heyrətlərini ifadə ediblər.