İsveçdə islam dünyasının müqəddəs kitabı Qurani-Kərimi yandıran irqçi siyasətçi Paludan haqqında İngiltərə qərar çıxarıb.
Medianews.az xəbər verir ki, sözügedən ölkə bu şəxsi öz ərazisinə buraxmamaq qərarı alıb.
Beləliklə, Danimarka və İsveç vətəndaşı olan ifrat sağçı və irqçi siyasətçi Rasmus Paludanın “İngiltərədə Qurani-Kərimi yandırmaq planı” iflasa uğrayıb.
Qeyd edək ki, Rasmus Paludan yanvar ayında İsveçin Stockholm səfirliyinin qarşısında aksiya keçirərək Quranı yandırmışdı.
Aytac Şahin
Medianews.az