Dünyanın gündəminə çevrildi və türklər rekord qırdı.
Medianews.az xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi prezidenti İsmail Dəmir Twitter hesabında “Milli Döyüş Təyyarəsi”ni paylaşıb. Nazir Dəmir paylaşımında bu ifadələrdən istifadə edib:
“Şəhidlərimizin xatirəsinə! Martın 18-də Milli Döyüş Təyyarəmizi anqardan çıxaracağımızı söylədik. Təyyarəmiz bu gün uçuş-enmə zolağındadır! Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bunun şahidi olacağıq. səmada vətənimizdə süzülür” .
Nazir Dəmirin bu paylaşımından sonra Milli Döyüş Təyyarəsi ‘ TF-X ‘ dünya mətbuatında səs saldı.
Yunanıstan, İsrail , Ukrayna və Ərəb mətbuatında Türkiyənin bu uğuru böyük əks- səda doğurdu.
“Türklər böyük uğura imza atdı” başlıqlı yazılar dünya mətbuatında əsas müzakirə mövzusuna çevrildi.
Medianews.az