Rusiyada mənzillərin birində 6-cı sinif şagirdi 12 yaşlı dostu ilə oynayarkən bıçaqla xəsarət yetirib.
Medianews.az xəbər verir ki, bu barədə Shot” teleqram kanalı məlumat yayıb.
Telegram kanalının məlumatına görə, dərsdən sonra 12 yaşlı üç oğlan mənzildə görüşüb və televizora baxmağa və müxtəlif oyunlar oynamağa başlayıblar. İkisi yastıq davası etmək qərarına gəliblər.
Amma bir anda oyun tələbələrdən birini qəzəbləndirib. O, mətbəxə qaçıb, orada bıçaq götürüb dostunun sinəsinə sancıb.
Hadisə yerinə təcili yardım çağırıb. Yaralı şagird uşaq xəstəxanasına çatdırılıb.
O, döş qəfəsindən və sol çiynindən əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az