Bazar ertəsi axşamları FOX TV-də yayımlanan “Yasak Elma” serialı izlənmə rekordları qırmağa davam edir. Serialın 7-ci sezonda da ekranlara çıxacağı ilə bağlı iddialar var idi. Bu iddialar nə prodüser şirkət, nə də aktyorlar tərəfindən təsdiqlənməyib.
İddialara görə, FOX TV rəhbərliyi indi hər şeyi olduğu kimi buraxmaq istəyir. Yasak Alma serialı bu mövsümü bitirərək ekranlara vida edəcək. Serialın iyun ayında finala çıxacağı düşünülür.
Son iddiaları təsdiqləyən Ender obrazının müəllifi Şevval Sam bu haqda danışıb. Aktrisa ötən gecə Cihangirdə görüntülənib. O, “Yasak Elma”nın bu mövsümü son mövsümü olacağını təsdiq edib.
Medianews.az