Türkiyə daha bir fəlakətlə üz-üzə qalıb.
Medianews.az xəbər verir ki, bu dəfə güclü yağış zəlzələ nəticəsində dağılan Adıyaman və Şanlıurfada can itkisinə səbəb olub.
Şanlıurfada 9 nəfər həyatını itirərib. Adıyamanda da bir evin bağçasına konteyner düşməsi nəticəsində 1 nəfər həyatını itirərib, itkin düşən 3 nəfərin axtarışları davam edir. Digər tərəfdən, Meteorologiya Ümumi Müdirliyi, zəlzələ bölgəsində leysan yağışların bu gün axşam saatlarına qədər təsirli olacağını bildirib.
Medianews.az