Şanlıurfanın Karaköprü rayonunda leysan yağışın təsirli olduğu seldən sonra küçələrdə ilanlar peyda olub. Həmin anları vətəndaş mobil telefonu ilə lentə alıb.
Medianews.az xəbər verir ki, Kahramanmaraşda 7,7 və 7,6 ballıq iki zəlzələ nəticəsində dağılan Şanlıurfaya bu dəfə sel suları gəldi. Dünən axşam saatlarında başlayan və bu gün də davam edən yağışın selə çevrilməsi nəticəsində şəhərdə 9 nəfər həyatını itirib. Bölgədən gələn görüntülər fəlakətin miqyasını üzə çıxarıb.
Şəhərin Karaköprü rayonunda yük maşınlarının aşdığı, nəqliyyat vasitələrinin su altında qaldığı seldən sonra küçələrdə ilanlar görünüb. Vətəndaş həmin anları saniyə-saniyə lentə alıb.
Şanlıurfa Qubernatorluğu, dərəyə və kanal yatağına yaxın evlərdə yaşayan vətəndaşları davam edən leysan səbəbiylə evlərini boşaltmaları barədə xəbərdarlıq edərək, lazım olmadıqca evlərini və təhlükəsiz əraziləri tərk etməməyin vacib olduğunu bildirib.
Medianews.az