Türkiyə səfirliyi Azərbaycana təşəkkür edib.
Medianews.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyədə baş vermiş zəlzələlərdən sonra xalqımızın nümayiş etdirdiyi misilsiz həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində yüzlərlə bina dağılıb, infrastruktura ciddi ziyan dəyib. 20 milyona yaxın insan zəlzələdən zərər çəkib.
Medianews.az