Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Səni istəmirəm, mənim yaşadığım var” sözləri cinayətə səbəb oldu – Abşeronda qətl

TURAN
14/03/2023 19:28
334
BAXIŞ
FacebookTwitterTelegram

Abşeronda keçmiş arvadını öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Ramil Məmmədovun cinayət işinin detalları məlum olub.

Medianews.az pravda.az-a istinadla xəbər verir ki, ittiham aktında qeyd edilib ki, təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürüb, yəni digər şəxsi qəsdən həyatdan məhrum edib.

Belə ki, o, rəsmi nikah münasibətlərində olduğu dayısı qızı, 1996-cı il təvəllüdlü zərərçəkmiş Rəqsanə Məmmədova ilə aralarında ailə-məişət zəminində baş verən mütəmadi mübahisələrə görə Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qərarı əsasında onların nikahları pozulub. Bir il sonra yenə də qeyri-rəsmi ailə münasibətlərini davam etdirib. Lakin aralarında eyni zəmində yenidən baş verən mübahisələrə görə 2022-ci ilin fevral ayından müxtəlif mənzillərdə ayrı yaşamalarına baxmayaraq, Ramil 30 may 2022-ci il tarixdə, saat 21:20 radələrində yüngül alkoqol sərxoşluğunun təsiri altında onunla mobil telefonla danışıb. Həmin vaxt – “işdən çıx evə gəl, anam da gedib, birlikdə yaşayaq”, – deyib. Rəqsanə isə – “səni istəmirəm, mənim karyeram var, sən get həyatını qur, mənim yaşadığım var”, – deyə cavab verib. Daha sonra Ramil keçmiş arvadının ona xəyanət etməsini düşünüb qısqanclıq zəminində qadını qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki mənzilin mətbəxindən bıçağı götürüb Rəqsanənin yaşadığı həmin şəhərin 58-ci və 59-cu binaları arasında bir müddət gözləyib. Sonra o, təxminən saat 22:20 radələrində zərərçəkmiş şəxsin azyaşlı övladları ilə birlikdə gəldiyini görüb. Bu zaman özü ilə gətirdiyi bıçağı çıxarıb Rəqsanəyə yaxınlaşaraq heç bir söz demədən uşaqlarının gözü qarşısında ona 8 zərbə endirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Ramil Məmmədov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

O ifadəsində göstərib ki, 2010-cu ildə öz dayısı qızı Rəqsanə ilə Gürcüstanda ailə qurub, 2013-cü ildə isə Bakıya köçüblər. Onların 9 yaşında və 3 yaşında olmaqla 2 uşaqları var. 2017-ci il tarixdə boşanıblar, 1 il ayrı qaldıqdan sonra yenidən barışıb birgə yaşayıblar. Lakin rəsmi nikah bağlamayıblar. Hadisədən 4-5 ay əvvəl valideynləri Gürcüstana qayıdıblar.

08 dekabr 2021-ci il tarixdə atası dünyasını dəyişib, Gürcüstanda dəfn işlərini həll edəndən sonra anasını da Bakıya gətirib. Anasını gətirməmişdən qabaq Rəqsanə ona narazılıq edib. Daha sonra arvadının anası gəlib onu aparıb, Ramilə – “nə vaxt ayrı yaşayacaqsansa, Rəqsanəni gəlib apararsan”, – deyib. İki ay onlar ayrı qalıblar.
Ramil Məmmədovun sözlərinə görə, valideynləri Rəqsanəyə ondan icazəsiz onun qaldığı binanın 1-ci mərtəbəsində kirayə ev tutublar, ofisdə iş tapıblar. 2022-ci il mayın 24-dən 25-nə keçən gecə işə gedəndə Rəqsanənin evdə olduğunu görüb və içəridən səs gəldiyini eşidib. Qalxıb pəncərədən baxanda onun rəfiqəsi ilə birlikdə hansısa kişi ilə danışdığını görüb. Aşağı düşüb ona zəng vurub, əsəbi halda telefonla danışıblar. Bir-iki gün sonra dayısına zəng edib. Dayısı telefonu açmayıb.

O qeyd edib ki, daha sonra özü ona zəng edib – “eşitdim qızımı öldürmək istəyirsən, Rəqsanəni öldür, sənin də, mənim də namusum təmizlənsin”, – deyib. Hadisə olan gün Rəqsanə ona birlikdə yaşadığı şəxs olduğunu, özünə başqa bir həyat qurmaq istədiyini söyləyib. Keçmiş arvadı ilə danışanda onun yanında Seyidzəhra adlı rəfiqəsi olub. Onların mübahisə etdiyini gördükdə Seyidzəhra qaçıb.

Ramil dindirilən zaman Rəqsanəyə 8 bıçaq zərbəsi vurduğunu etiraf edib.

O söyləyib ki, hadisə zamanı oğlu orada olmayıb, Seyidzəhranın bacısının evində olub, sonradan ora gəlib. Hadisə yeri binadan 20-25 metr məsafədə olub. Binanın 7-ci mərtəbəsindən hadisə yerini görmək mümkün olub. Lakin uşağın Rəqsanənin rəfiqəsinin evindən hadisə yerini görməsi qeyri-mümkün olub. Hadisədən qabaq saat 12-13 radələrində evdə spirtli içki qəbul edib.

Məhkəmənin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

DAHA ÇOX OXU

export

Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

30/03/2023 20:52
1-MANŞET

Baş nazir iclas keçirdi – Mikayıl Cabbarov məruzə etdi

30/03/2023 20:29
1-MANŞET

Müdafiə Nazirliyindən İrana sərt CAVAB

30/03/2023 19:48
Cəmiyyət

Güclü külək əsəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

30/03/2023 19:33
export

Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

30/03/2023 19:16
1-MANŞET

Molla rejiminə xidmət edən daha 3 nəfər tutuldu

30/03/2023 19:00
SON XƏBƏR

Avtovağzala yeni rəhbər TƏYİN EDİLDİ

Kür çayının suyu Azərbaycana daxil olanda niyə azalır? – SƏBƏB

Tonqal ətrafında qanlı dava: “Söyüşlə danışma, ana-bacımız var...” - TƏFƏRRÜAT

Xəbər lenti

Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

30/03/2023 20:52

Baş nazir iclas keçirdi – Mikayıl Cabbarov məruzə etdi

30/03/2023 20:29

Müdafiə Nazirliyindən İrana sərt CAVAB

30/03/2023 19:48

Güclü külək əsəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

30/03/2023 19:33

Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

30/03/2023 19:16

Molla rejiminə xidmət edən daha 3 nəfər tutuldu

30/03/2023 19:00

“Uşaq evində bizə ətin sümüyünü verirlər” deyən yeniyetmə Psixiatriya Xəstəxanasına salınıb

30/03/2023 18:46

“Nəfəsliyi” kəsilən ermənilər Bakıya gələcək: Əks halda, Azərbaycan ordusu Xankəndiyə gedəcək

30/03/2023 18:28

Tanınmış aktrisadan ETİRAF: “İstədiyim rolları vermədilər, sektordan da qovdular” – FOTO

30/03/2023 18:07

İki milyonluq dələduzluq edən “falçı” və sevgilisi ilə bağlı qərar verildi

30/03/2023 17:55

Günay Pirizadədən xəbər var – VİDEO

30/03/2023 17:43

Əri ilə videosuna təhqir yazan izləyicisini polisə verdi

30/03/2023 17:40

Tahir Kərimli: “İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmıram, deputatlara silah verilməsi vacibdir…”

30/03/2023 17:24

Çin lideri – Çini müharibəyə hazırladığını bəyan etdi

30/03/2023 17:20

Dini məbəddə qorxunc hadisə – Onlarla insan…

30/03/2023 17:08

Tanınmış müğənniyə qarşı saxtakarlıq – Sonu “31” olan nömrədən zəng edərək … – FOTO

30/03/2023 16:51

Məşhur aktyor:”Uşaq evində yaşadıqlarımı unuda bilmirəm”- FOTO

30/03/2023 16:46

DƏHŞƏT: Avtobus 8 yaşlı uşağı belə vurdu – ANBAAN VİDEO

30/03/2023 16:37

Kiçik qızın bu görüntüləri izləyənləri duyğulandırdı – VİDEO

30/03/2023 16:29

İranda molla rejimi qadınların isti mövsümdə geyimindən qorxuya düşdü – VİDEO

30/03/2023 16:15

Məktəbdən qovulan şagird cinayət törətdi

30/03/2023 16:04

Azərbaycan DTX Ermənistan məxfi xidmət əməkdaşlarına italyan təamını necə “həzm etdirib”? – VİDEO

30/03/2023 15:47

Azərbaycanda yeni agentlik yaradıldı – FƏRMAN

30/03/2023 15:39

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Zaur Mikayılov kimdir?- DOSYE

30/03/2023 15:38

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.