Ötən il H1N1 virusu aşkarlanan Serdar Ortacın qardaşı Serkan Ortac dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, türk pop musiqisinin ən önəmli adlarından olan Serdar Ortacın qardaşı Serkan Ortaca keçən il H1N1 virusu diaqnozu qoyulub.
MSdə olan Ortac qardaşını uzun müddət müalicə etdirib. Məşhur müğənni sosial media hesabında paylaşdığı paylaşımla qardaşı Serkan Ortacı itirdiyini açıqlayıb.
Serdar Ortac, qardaşı ilə bağlı kədərli xəbəri “Qardaşım Serkan Ortac vəfat edib. Cənazəsi sabah 12 mart bazar günü günorta namazından sonra Suadiyə məscidində qılınacaq və Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq” sözləri ilə elan edib.
Serkan Ortac 3.5 il idi ki, səhhətində problemlər yaşayırdı. Bir məkanda səhnəyə çıxan Serdar Ortac verilişdən əvvəl jurnalistlərin suallarını cavablandırıb və qardaşında H1N1 virusu aşkarlandığını açıqlayıb.
Medianews.az