Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəməsi olub. Meyxanaçı barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.
İstintaq müddətinin uzadılması isə cəmiyyətdə müxtəlif fikirlər yaradır. Bəziləri onun istintaq müddətinin bilərəkdən uzadıldığını iddia edir.
Medianews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bu cinayət işinin sadə olmadığını bildirib. O, bu aylar ərzində rəsmi prosedurlara uyğun ekspertizanın aparıldığını qeyd edib:
“Qətl işlərində çox sayda ekspertizalar keçirilir – məhkəmə tibbi, silahla bağlı, ruhi xəstəliyin olub-olmamasını təyin etmək üçün keçirilən ekspertizalar xeyli vaxt aparır. Mən güman edirəm ki, istintaq müddəti bu ekspertizalara görə uzanır. Həm də bu qətl məsələsidir, cinayətin hərtərəfli tədqiqatının apartılması vacibdir. Təkcə həmin gün baş verən cinayət araşdırılmır, məhkəmə həm də qətldən əvvəlki münasibətləri araşdırır, şahidləri dindirir. Bunlar hamısı aydınlaşdırılmalıdır. Qətlin tələm-tələsik, 2-3 aya istintaqını qurtarmaq mümkün deyil, praktikada heç vaxt belə olmayıb. Praktikada qətllə bağlı işlərin istintaqı ən aşağısı 7-8 ay davam edir. Görünür, Rəşad Dağlının işində də belə olacaq. Bu cür qətllərlə bağlı istintaq 7-8 aydan çox çəkmir, amma elə qətllər var ki, çoxepizodludur, onların istintaqı 1 il yarım, 2 ilə qədər uzanır. Qanun da buna imkan verir”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.