Türkiyə mətbuatı qardaş ölkədə məşhur olan 9 azərbaycanlının siyahısını hazırlayıb.
Oxu.Az xəbər verir ki, “Azərbaycanın həyatımıza daxil etdiyi 9 məşhur” (“Azerbaycanın hayatımıza soktuğu 9 ünlü isim”) başlıqlı yazıda aşağıdakı simalar yer alıb:
1. Günel Zeynalova
İbrahim Tatlısesin kəşf etdiyi Günel böyüsə də, hələ də o insanlar üçün Kiçik Azəri qızı olaraq qalıb.
2. Ataol Bəhramoğlu
Azərbaycan mənşəli ailəsinin soyadı Gurus olan şair ilk şeirlərində “Ataol Gurus” ləqəbini istifadə edib. O, ailə soyadını daha sonra Bəhramoğlu olaraq dəyişdirib.
3. Tuğba Ekinci
Çoxumuzun “O şimdi asker” mahnısıyla tanıdığı, Qarsda doğulan Tuğba Ekinci də Azərbaycan əsillidir.
4. Tamer Karadağlı
“Taş fırın erkeği” adı ilə tanınan aktyor Tamer Karadağlı Azərbaycan dilində olan kəlmələri rol aldığı filmlərdə istifadə edir.
5. Başak Sayan
Ata tərəfi azərbaycanlı olan məşhurlardandır. O “Yaprak dökümü” serialında canlandırdığı Ceyda obrazı ilə məşhurlaşıb.
6. Çağla Şikel
Atası Karsda yaşayan Azərbaycan türklərindən olan Çağla Şikel İstanbulda doğulub.
7. Rza Zərrab
Azərbaycan əsilli Zərrabın adı Türkiyədə baş verən bir çox qalmaqallı hadisələrdə hallanıb. Müğənni Ebru Gündəşlə evli olan iş adamı “Böyük rüşvət əməliyyatı”nda həbs olunanlardandır.
8. Cem Karaca
Türk-rok sənətçisi, bəstəkar, aktyor Cem Karacanın atası azərbaycanlı əslli Mehmet Karaca, anası erməni əsilli Toto Karacadır. Məşhur ifaçı 2004-cü ildə vəfat edib.
9. Elnur Hüseynov
“O səs Türkiyə” yarışmasıyla Türkiyədə məşhurlaşan Elnur Hüseynov gözəl səsi və gülərüzü ilə özünü sevdirən azərbaycanlılardandır. O, 2008 və 2015-ci illərdə “Eurovision” yarışmasında Azərbaycanı təmsil edib.