Qərbi Avstraliya polisi bazar dəyəri 700 milyon dollar olan 2,4 ton kokain müsadirə edib. Müsadirə edilən bu məbləğ ölkə tarixində ən böyük narkotik əməliyyatı kimi qeydə alınıb.
Medianews.az bildirir ki, Avstraliyada tarixi narkotik əməliyyatı keçirilib.
Qərbi Avstraliya bazar dəyəri 700 milyon dollar olan 2,4 ton kokain müsadirə edib.
Qərbi Avstraliya Polisi (WA Polisi) tərəfindən edilən açıqlamada ələ keçirilən kokainin Meksika kartellərinə aid olduğu bildirilib. Əməliyyat 6 həftə çəkib.
ABC News-un məlumatına görə, Qərbi Avstraliya Polis Departamenti verdiyi açıqlamada “Fıstıq” adlı əməliyyatın 6 həftə davam etdiyini bildirib.
Açıqlamada saxlanılanların Avstraliya və ABŞ vətəndaşları olduğu bildirilib.
“Beynəlxalq gizli əməliyyatla 700 milyon dollar dəyərində 2,4 ton kokainin Avstraliyaya girişinin qarşısı alınıb. Əməliyyat nəticəsində Meksikanın narkotik kartelinə bağlı kokain müsadirə edilib və 12 nəfər saxlanılıb.
Polis bu əməliyyatın ölkə tarixində ən böyük əməliyyat olduğunu açıqlayıb.





