ABŞ-ın Ohayo ştatında Norfolk Southern dəmir yolu şirkətinə məxsus yük qatarı relsdən çıxıb.
Medianews.az bildirir ki, Amerika mətbuatında yer alan xəbərə görə, Ohayo ştatının Springfield şəhərində 3 fevralda Norfolk Southern şirkətinə məxsus kimyəvi maddələr daşıyan qatarın relsdən çıxaraq partlaması nəticəsində eyni şirkətə aid yük qatarının 20 vaqonu relsdən çıxıb.
Qəza nəticəsində xəsarət alan olmadığı, təhlükəli materialların sızmasının olmadığı bildirilib. Qəzadan sonra sakinlərə təhlükəsiz ərazidə qalmaları tövsiyə olunub.
Fevralın 3-də ABŞ-ın Ohayo ştatının Şərqi Fələstin şəhəri yaxınlığındakı dəmir yolunda kimyəvi maddələr daşıyan 150 vaqondan ibarət qatarın 50 vaqonu relsdən çıxıb və partlayıb. Partlayışlardan sonra ətraf mühitə yüksək miqdarda zəhərli kimyəvi maddələrin yayılması ilə əlaqədar rayon sakinlərinin təxliyəsi qərara alınıb.
Hadisədən sonra mətbuatda rayon sakinlərinin baş ağrısı, göz yanması, öskürək, halsızlıq, heyvanların tələf olması kimi şikayətlərin olduğu barədə məlumatlar yayılıb. Qəzada iştirak edən qatar şirkəti Norfolk Southern verdiyi açıqlamada ərazini ekoloji cəhətdən təmiz bir şəkildə təmizlədiklərini və qəza nəticəsində yaranan itkilərə görə yerli əhaliyə maddi yardım etdiklərini açıqlayıb.