Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.
Medianews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcəkdir.
***
Əldə etdiyimiz məlumata görə, marketdə inkisatorlara silahlı basqın edənlərdən biri xüsusi əməliyyat şəraitində ələ keçirilib. Avtomat silahla silahlanmış digəri isə şəhərin mərkəzində “Torqovıy” adlandırılan küçədə polislər tərəfindən məhv edilib.
Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
Medianews.az