Türkiyəli model Çağla Şikelin keçmiş həyat yoldaşı Emre Altuğa yazdığı şərh sosial mediada gündəm olub.
Medianews.az xəbər verir ki, iki övladı olmasına baxmayaraq, 7 illik evliliklərini bitirən Emre Altuğ və Çağla Şikel nümunəvi münasibətləri ilə daim gündəmdədir.
Evlilikləri bitsə də, dostluqları bitməyən ikili sosial şəbəkədəki paylaşımları ilə də diqqət çəkir.
“2Yalı Çapkını” serialında Orxan obrazına həyat verən Emre Altuğ kiçik oğlu Uzay Tuncer Altuğun doğum gününü paylaşımla qeyd edib.
O, oğlunun şəklini paylaşaraq, “Əziz oğlum, balaca şahzadəm, Uzay, ad günün mübarək” sözlərini yazıb.
Şikelin paylaşıma “Bu gün məktəbə getmədik, xəbərin olsun” şərhi sosial mediada da gündəm olub.