Bədəndəki hüceyrələrin anormal inkişafı ilə ortaya çıxan xərçəng müəyyən siqnallarla özünü göstərə bilər. Çox vaxt diqqətdən kənarda qalan bu əlamətlər sonradan ciddi problemlərə səbəb olur. Amma mütəxəssislər deyirlər ki, sağlam qidalanma və müntəzəm idman bu riskli xəstəlikdən qoruya bilər. Bəzi qidalar hətta xərçəng hüceyrələrini məhv etməklə onların inkişafının qarşısını ala bilər. Xüsusilə indi haqqında danışacağımız qida yoğun bağırsaq, döş və yumurtalıq xərçənginə qarşı böyük qoruma təmin edir.
Qədim dövrlərdən bəri dərman kimi istifadə edilən zəncəfilin sağlamlığa bir çox faydası var. Fitokimyəvi maddələrlə zəngin olan bu qida orqanizmdə yığılan toksinləri çıxararaq bədənin detoks ehtiyacını qarşılaya bilir. Faydaları saymaqla bitməyən zəncəfilin ən əhəmiyyətli xüsusiyyəti isə xərçəng xəstəliyi ilə mübarizədə effektiv nəticələr göstərməyə qadir olmasıdır.
Antioksidantlarla zəngin olan bu qida orqanizmi sərbəst radikallardan xilas edir. Araşdırmalarla müəyyən olunub ki, zəncəfilin tərkibindəki gingerolun maddəsi xərçəng riskini inanılmaz dərəcədə azaldır.
Bu bitkidən istifadə etməzdən əvvəl ona qarşı hər hansı bir allergik reaksiyanızın olmadığını öyrənməyi unutmayın.
Hər bir qidanın yaxşı tərəfləri olduğ kimi, əks təsirləri də nəzərə alınmalıdır. Təbii ki, zəncəfilin də saymaqla bitməyən faydalarını yazıb, əks təsirlərindən görməzdən gəlmək olmaz.
Bu da min bir dərdin dərmanı olan müalicəvi bitkinin əks təsirləri:
mədə problemləri
Ağızda qıcıqlanma
qaz və şişkinlik
aşağı qan təzyiqi
Qanın sulandırılması səbəbindən qanaxma problem
Aşağıda sadalanan şəxslərə isə zəncəfildən istifadə etmək tamamilə qadağandır:
Həzm sistemi pozğunluğu olan insanlar
Bağırsaq xəstələri
Mədə xəstəlikləri olan insanlar
2 yaşa qədər uşaqlar
Qan durulaşdırıcılardan istifadə edən insanlar
qan təzyiqi xəstələri
analar və hamilə qadınlar
Zəncəfil digər faydalarına bədəndə anidən ortaya çıxan ağrıları sakitlışdirməsi, ürəkbulantısını azaltması, ürək xəstəliklərinə müsbət təsir göstərməsi, soyuqdəyməni dəf etməsi və orqanizmi zərərli viruslara qarşı gücləndirməsi aiddir.
Aytac Şahin
Medianews.az