Məşur rəssam Pikassonun qızı Mayanı çəkdiyi rəsm hərraca çıxarılıb.
Medianews.az xəbər verir ki, əsər Sotheby’s Hərrac Evində 15 milyon funt sterlinqə satılan beş əsərdən biri olub.
Pikassonun 1938-ci ildə qızının cəmi iki yaş yarım olduğu zaman çəkdiyi şən portret Mayanın çətin illərdə yaşadığı xoşbəxtliyi təcəssüm etdirir.
Satış, Gianni Versace-nin Pikassonun 25 əsərindən ibarət kolleksiyasının bir hissəsi olaraq 3,7 milyon funta satıldığı 1999-cu ildən bəri ilk dəfə hərracda nümayiş etdirildiyi zaman gerçəkləşib.
Qeyd edək ki, 15 milyon funt sterlinqə satılan digər əsərlər arasında Gerhard Richter, Lucian Freud, Edvard Munch və Wassily Kandinskynin əsərləri də yer alır.
Aytac Şahin
Medianews.az