Konqo Demokratik Respublikasının (KDC) şimalındakı Bas-Uele əyalətində 7-si qız olmaqla 25 uşaq silahlı şəxslər tərəfindən qaçırılıb.
Medianews.az xarici mətbuata istinadla bildirir ki, Bas-Uele əyalətinin Namanqu, Zamoi və Banda kəndlərinə şəxsiyyəti hələlik müəyyən edilməyən silahlı şəxslər tərəfindən hücum edilib.
Bölgədə ev və iş yerlərini qarət edən silahlılar 7-si qız olmaqla 12-18 yaş arası 25 uşağı qaçırıblar.
Qeyd edək ki, vətəndaş müharibəsinin yaşandığı Mərkəzi Afrika Respublikasının sərhədində yerləşən KDC kəndləri uzun müddətdir silahlı qrupların hədəfinə çevrilib.
Medianews.az