“Amerikalılar reseptlə satılan dərmanlar üçün həddindən artıq pul ödəyirlər”
Medianews.az xəbər verir ki, bu sözləri Amerikanın prezidenti Bayden iştirak etdiyi proqramda deyib.
Bayden səhiyyə xərclərinin Amerika xalqı üçün böyük bir yük olduğuna diqqət çəkib.
Bu səbəbdən vəzifəyə gəldiyi gündən daha çox insana uyğun sağlamlıq xidmətlərinin göstərilməsinə və tibbi xərclərin azaldılmasına diqqət ayırdıqlarını ifadə edən Bayden, bu mövzuda əhəmiyyətli irəliləyiş əldə etdiklərini bildirib.
Əczaçılıq şirkətlərinin qiymətləri inflyasiyadan daha sürətli artırdığını qeyd edən Bayden, reseptlə satılan dərmanların qiymətinin aşağı salınmasının federal büdcə kəsirini azaldacağına və borcun 159 milyard dollar azalacağına diqqət çəkib.
Bayden, səhiyyə xərclərinə dair siyasətini tənqid etdiyi respublikaçıların, Medicaid kimi insanların münasib tibbi xidmətdən istifadə etmələrinə imkan verən proqramları kəsməyə çalışsalar, onları dayandıracaqlarını bildirib.
Medianews.az