El Salvador və Honduras komandalarının üz-üzə gəldiyi futbol matçı müharibə ilə nəticələnib.
Nə qədər qəribə səslənsə də, tarixdə baş verən bu hadisə yüz minlərlə insanın həyatına son qoyub.
Sözügedən oyun 1969-cu ildə Mexikoda keçirilib. El Salvador və Honduras komandalarının qarşılaşdığı futbol matçı iki ölkə arasında qığılcımlanan problemlərin daha da alovlanmasına gətirib çıxarıb.
Belə ki, “Azteca” stadionunda keçirilən oyunun 90-cı dəqiqəsində vəziyyət 2-2 olub. Qarşılaşmada əlavə vaxt istənilsə də, Salvador daha bir qol vuraraq 3-2 hesabı ilə qalib gəlib. Bu qalibiyyət isə əvvəl mövcud olan siyasi gərginliyin güclənməsinə səbəb olub. Matç sonrası Oyunçular səssiz bir şəkildə dağılışsa da, heç kəs bilmirdi ki, hadisələr hələ yeni cərəyan etməyə başlayır.
İki ölkə arasında bir sıra başqa problemlər var idi. Əkin üçün torpaq sahiblərindən fürsət tapa bilməyən fermerlər, bu səbəbdən Hondurasa köç etmişdilər. Sonra burada yeni qəsəbələr salan sakinlərin sayı 300 minə çatmışdı. Bu vəziyyət də El Salvador vətəndaşlarının ölkəyə sürətlə yayılmasına səbəb olurdu. Qarşısıalınmaz immiqrasiya və media təxribatı nəticəsində iki ölkə arasındakı münasibətlər günü-gündən pisləşərək, içindən çıxılmaz bir hal almışdı.
Bütün bunlardan sonra qarşı tərəfin bir də futbol matçındakı qələbəsi münasibətlərə kökündən zərbə vurdu. Hətta məsələ o həddə çatdı ki, oyundan dərhal sonra,14 iyul 1969-cu ildə El Salvador öz qüvvələrinə Hondurasa soxulmaq əmri verdi. Ölkəni bombalamaq üçün döyüş təyyarələri havalandı. Beləliklə rəsmən müharibənin başlandığı elan edildi.
Amerika Dövlətləri Təşkilatı çoxsaylı səylərdən sonra nəhayət, iyulun 18-də atəşkəs əldə etməyə müvəffəq oldu. Bir neçə gün davam edən müharibədə əksəriyyəti honduraslı mülki vətəndaşlardan ibarət olan 3000 adamın həlak olduğu bəyan edilmişdi. Münaqişə nəticəsində çox sayda insan itkin düşmüşdü.
Beynəlxalq təzyiqlər altında El Salvador avqust ayında qoşunlarını Hondurasdan çıxardı.
Münaqişə zamanı Hondurasda olan polşalı jurnalist Ryszard Kapuscinski oarada gördükləri haqda danışarkən qeyd etmişdi ki, honduraslılar divarlara “Bizi heç kim məğlub edə bilməz” “ 3:2-nin qisasını alacağıq” tipli yazılar yazmışdılar.
İki ölkə arasında olan gərginlik və münaqişə səngisə də, sonlanmadı. Bütün bu hadisələrdən sonra Hondurasa qayıdan salvadorlular burada heç də yaxşı qarşılanmadı. 10 il sonra isə El Salvadorda daxili müharibə başladı. Bu isə nə az, nə çox 11 il davam etdi.
Aytac Şahin
Medianews.az