“Əl Nassr”ın super ulduzu Kriştiano Ronaldo “Damak”a qarşı ilk hissədən 3 qol vuraraq komandasının matçda qalib gəlməsinə kömək edib.
Medianews.az xəbər verir ki, Səudiyyə Ərəbistanına tez bir zamanda alışan Ronaldonun performansı hər kəs tərəfindən yüksək qiymətləndirilib.
Qələbədən sonra dostları ilə yemək yeməyə 8 maşınlıq karvanla gedən Ronaldo müzakirə mövzusuna çevrilib. Ronaldonun 8 maşınlıq karvanı Avropa mətbuatının da gündəminə çevrilib.
Ronaldonun 8 avtomobillik karvanla getməsi pərəstişkarları tərəfindən sərt tənqid edilib.
Medianews.az