“Qərbin Rusiyanı “parçalamaq” planı iflasa uğradı”.
Medianews.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Sergey Lavrov bildirib ki, Rusiya Qərbin dövlətimizi parçalamaq planlarını poza bilib.
Lavrov vurğulayıb ki, Rusiya dünya dövlətləri ilə “daha sıx və effektiv” əlaqələri inkişaf etdirir:
“Biz nəinki kollektiv Qərbin Rusiyanı təcrid etmək, hətta parçalamaq planlarını pozmağa, beynəlxalq birlik üzvlərinin böyük əksəriyyəti ilə davamlı əməkdaşlığı təmin etməyə müvəffəq olduq. Qərbdə Rusiyanın parçalanması çağırışları daha çox səslənir, lakin ölkəmiz bu qarşıdurmadan nəinki sağ çıxacaq, əksinə, ondan daha güclü çıxacaq”.
Medianews.az