Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gedib.
Medianews.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Vahdettin Köşkündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşəcək.
İki liderin görüşü saat 14:00-da başlayacaq.