Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Son 365 günə 200 min insanın öldüyü müharibə… – Video + FOTO

Mehin
24/02/2023 09:35
79
BAXIŞ
FacebookTwitterTelegram

Bu gün Ukraynada müharibənin başlamasının 1 ili tamam olur. 2022-ci il fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciəti ilə başlayan müharibə hələ də davam edir.

“Qafqazinfo”nun məlumatına görə, müharibə başladığı ilk gündən iki ölkənin miqyasından çıxaraq bütün dünyada, xüsusilə də Avropada əsas gündəm mövzusuna çevrilib. Müharibənin ilk günlərindən bir çox ölkə və beynəlxalq qurumlar açıq şəkildə Ukraynaya öz dəstəklərini nümayiş etdirib. Bu dövr ərzində Ukraynaya həm humanitar, həm silah-sursat, həm də maliyyə yardımları ayrılıb. Bu münaqişəyə qoşulan ölkələrin sayını nəzərə alaraq, bunu Üçüncü Dünya müharibəsi adlandıranlar da var. Eyni zamanda, dünyada nüfuzu artan Zelenskiyə çox sayda dəstək mesajları gəlməyə başlayıb. Hətta ötən ilin dekabrında ilk olaraq Britaniyanın “Financial Times” qəzeti, daha sonra isə ABŞ-nin “Time” jurnalı Zelenskini “İlin adamı” elan edib.

Bəs müharibə necə başladı və əsas hansı hadisələrlə yadda qaldı?

Hələ 2021-ci ilin oktyabrından etibarən Rusiyanın Ukraynaya qarşı hücuma keçəcəyinə dair KİV-də məlumatlar yayılsa da, Rusiyanın rəsmi şəxsləri Ukrayna ilə müharibəyə hazırlıq getdiyinə dair bu məlumatları təkzib ediblər.

Beləliklə, bir il əvvəl Rusiya qoşunları 4 əsas istiqamətdən – şimaldan Kiyev istiqamətində, şimal-şərqdən Xarkov istiqamətində, cənub-şərqdə Donbasdan və cənubda Krımdan Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Rusiya hücuma başlamasına əsas səbəb olaraq 2022-ci il fevralın 21-i müstəqilliyini tanıdığı “Donetsk və Luqansk Xalq Respublikaları”nın, eləcə də Rusiyanın özünün müdafiə olunmasını göstərib.

Geridə qoyulan 1 il ərzində müharibə zamanı dünya bir çox hadisələrə şahidlik edib.

Müharibənin ilk günü Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət, ardınca da səfərbərlik elan edib. Nəticədə 18-60 yaşarası kişilərin ölkəni tərk etməsinə qadağa qoyulub. Hazırda sözügedən bu qərar qüvvədə qalmağa davam edir.

Rusiya hücuma başlayar-başlamaz fevralın 28-i Ukrayna Avropa İttifaqına üzv olmaq üçün müraciət edib. Zelenski “yeni xüsusi prosedur” ilə tez bir zamanda üzvlüyün qəbul edilməsini istəyib. 2022-ci ilin iyununda isə Avropa Parlamenti Ukraynaya Aİ-yə üzvlüklə bağlı dərhal namizəd statusunun verilməsinə çağırış edən qətnamə qəbul edib. Elə həmin gün Avropa Şurası Ukraynaya namizəd statusunu verdiyini açıqlayıb.

Şimal cəbhəsində irəliləyən Rusiya isə mart ayında dayanmalı, aprel ayında isə geri çəkilməli olub. Aprelin əvvəli Rusiya ordusu öz qüvvələrini Ukraynanın cənub və şərqində yerləşdirib, şimaldan geri çəkilən bölmələrin bəzi hissəsi isə Donbasa yerləşdirilib. Aprelin 19-u isə Rusiya Xarkovdan Donetsk və Luqanska qədər uzanan 500 kilometrlik cəbhədə yeni hücuma başlayıb. Mayın 13-ü isə Ukraynanın Xarkov yaxınlığında həyata keçirdiyi əks-hücum nəticəsində Rusiya qüvvələri geri çəkilməli olub. Buna baxmayaraq, may ayında “Azovstal” zavodunun uzun müddət davam edən mühasirəsindən sonra Rusiya tərəfi Mariupol şəhərinə nəzarəti ələ keçirib.

Rusiya qoşunları Ukraynanın şəhərlərini ələ keçirdikcə çox sayda əhali ölkəni tərk edərək qonşu və digər Avropa ölkələrinə qaçmağa başlayıb. BMT-nin məlumatına görə, təkcə müharibənin ilk həftəsi 1 milyondan çox insan Ukraynanı tərk edib. Hazırda bu rəqəm 8 milyona yaxındır.

Onu da qeyd etmək lazımdır ki, mart ayında Rusiya Ukrayna ərazisinin təqribən 27%-nə nəzarəti ələ keçirsə də, dekabr ayında bu göstərici 18%-ə enib.

Sentyabrın əvvəli Xarkov vilayətində əks-hücuma keçən Ukrayna ordusu ayın 10-u 3000 kvadrat kilometrdən çox ərazini öz nəzarəti altına qaytarıb və Balakleya, Kupyansk və İzyum da daxil olmaqla 30-dan çox yaşayış məntəqəsini azad edib. Sentyabrın 11-i isə Rusiya ordusu Xarkov vilayətinin şimalından geri çəkilməyə başlayıb və nəticədə Ukrayna tərəfi Volçanskı azad edib. Əks-hücumlara davam edən Ukrayna ordusu sentyabrın 12-si Donetsk vilayətinin Svyatoqorsk, oktyabrın 1-i isə Liman şəhərlərini geri qaytarıb. Bu hücumların ardınca sentyabrın 21-i Rusiyada qismən səfərbərlik elan edilib və orduya 300 min nəfərin cəlb ediləcəyi açıqlanıb. Bu səfərbərlik oktyabrın 28-i başa çatıb.

Rusiya ordusu isə, öz növbəsində ukraynalı hərbçilərin irəliləməsinə cavab olaraq oktyabrın ortaları Baxmut və Avdeyevka şəhərlərinə hücum emtəyə cəhd göstərib və ağır döyüşlərdən sonra 2023-cü ilin yanvarında strateji əhəmiyyətə malik Soledar şəhərini ələ keçirib.

Müharibə zamanı dünyanın diqqətini cəlb edən məqamlardan biri də 2022-ci ilin oktyabrında Rusiyanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etməsi olub. Sözügedən vilayətlərdə “referendum” təşkil edilərək həmin ərazilərin Rusiyaya birləşdirilməsinə qərar verilib. 

Rusiya Müdafiə Nazirliyi ötən il noyabrın əvvəli Ukrayna şəhərlərini yüksəkdəqiqlikli silahlarla kütləvi olaraq zərbələr endirməyə başlayıb. Nəticədə  Ukraynada çox sayda obyektə ziyan dəyib, şəhərlərdə elektrik enerjisi tamamilə kəsilib. İnsanlar internetə qoşulmaq və işləmək üçün metro stansiyalarına sığınmalı olub.

Müharibənin başlamasından 4 gün sonra, yəni fevralın 28-i tərəflər arasında Belarusda danışıqların ilk raundu keçirilsə də, görüş zamanı hər hansı razılıq əldə olunmayıb. Danışıqların ikinci raundu isə martın 3-ü keçirilib və bu zaman döyüş əməliyyatları bölgəsindən dinc sakinlərin təxliyə edilməsi və ağır döyüşlərin getdiyi ərazilərə dərman vasitələrinin və qida məhsullarının çatdırılması məqsədilə humanitar dəhliz yaradılması barədə razılığa gəlinib. Martın 7-si isə Polşanın Belovejskaya Puşça adlı ərazisində danışıqların üçüncü raundu, martın 10-u isə Antalyada Rusiya və Ukraynanın XİN rəhbərləri Sergey Lavrov və Dmitri Kuleba arasında görüş keçirilib. Hər iki görüşdə əhəmiyyətli razılıq əldə olunmayıb. Mayın 17-si isə tərəflər danışıqların dayandırıldığını elan ediblər.

Müharibənin başlaması ilə çox sayda taxıl və kənd təsərrüfatı məhsulları ilə dolu gəmilər Ukrayna limanlarında qalıb. Bunun nəticəsində dünyada bu kateqoriyadan olan məhsulların qiymətində artım müşahidə edilib. Yaranmış böhranın qarşısını almaq məqsədilə 2022-ci ilin iyulunda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında Ukrayna limanlarından taxılın daşınmasına dair “taxıl sazişi” imzalanıb. Ukrayna taxılı ilə yüklü ilk gəmi ötən il avqustun 1-i Odessa limanını tərk edib. Lakin Krımda Rusiyanın Qara dəniz donanmasının gəmilərinin olduğu Sevastopol buxtasına Ukrayna tərəfinin pilotsuz uçuş aparatları ilə edilən hücumdan sonra Rusiya oktyabrda sazişdə iştirakını dayandırdığını elan edib. Buna baxmayaraq, taxıl daşınmasına davam etdirilib.

Müharibə çox sayda dinc sakinin ölümünə, eləcə də hər iki tərəfdən çoxsaylı itkilərə səbəb olub. BMT-nin məlumatına görə, müharibə başlayandan bu günə qədər 8 minə yaxın insan həlak olub, 12 minə yaxın dinc sakin isə yaralanıb. Bununla belə, real rəqəmlərin daha çox olduğu bildirilir. “BBC”nin amerikalı yüksəkrütbəli general Mark Milleyə istinadən məlumatına görə, müharibə nəticəsində hər iki tərəfdən ayrılıqda 100 minə yaxın hərbçi həlak olub və yaxud yaralanıb.

Ümumilikdə isə geridə qalan bütün bu dövr ərzində tərəflər arasında 2000-dən çox əsir mübadilə edilib. Bununla yanaşı, bu dövrdə 100 mindən çox ev dağılıb və yaxud zərər görüb, Volnovaxa, Mariupol, İzyum, Popasnaya, Rubejnoe, Severodonetsk şəhərləri demək olar ki, tamamilə dağıdılıb.

Bununla yanaşı, Ukraynadakı müharibə dünyada iqtisadi, siyasi, media, idman, mədəniyyət və s. digər sahələrdə Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə gətirib çıxarıb. Belə ki, Rusiyanın bir sıra idman və digər tədbirlərdə iştirakına qadağa qoyulub. Hazırda bir çox ölkələr Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edir.

Müharibə eyni zamanda, Ukraynaya məşhur ulduzların və siyasətçilərin səfərləri ilə yadda qalıb. Belə ki, bu dövr ərzində Şon Penn, Anjelina Coli, Ben Stiller kimi aktyorlarla yanaşı, ölkəyə Fransa, Almaniya, Kanada, Böyük Britaniya, Polşa, Sloveniya, Çexiya, Estoniya, Latviya, İsrailin rəsmi şəxsləri səfər edib.

Volodimir Zelenskinin ötən ilin dekabrında ABŞ-yə rəsmi səfər edərək ölkə Prezidenti Co Baydenlə görüşməsi də müharibə zamanı yaddaqalan hadisələrdən biri olub. Zelenski Vaşinqtona səfəri çərçivəsində ABŞ Konqresində də çıxış edib.

ABŞ Prezidenti Co Baydenin fevralın 20-si gözlənilmədən Kiyevə səfər etməsi isə müharibə zamanı diqqətçəkən ən son hadisələrdən olub. 

Analitiklərin fikrincə, Ukraynanın yazda yeni əks-hücuma keçməsi ilə müharibə yeni mərhələyə qədəm qoyacaq.

 

1 of 9
- +

 

DAHA ÇOX OXU

Dünya

Çin lideri – Çini müharibəyə hazırladığını bəyan etdi

30/03/2023 17:20
Dünya

Dini məbəddə qorxunc hadisə – Onlarla insan…

30/03/2023 17:08
Dünya

Məşhur aktyor:”Uşaq evində yaşadıqlarımı unuda bilmirəm”- FOTO

30/03/2023 16:46
Dünya

İranda molla rejimi qadınların isti mövsümdə geyimindən qorxuya düşdü – VİDEO

30/03/2023 16:15
Dünya

Məktəbdən qovulan şagird cinayət törətdi

30/03/2023 16:04
1-MANŞET

Azərbaycan DTX Ermənistan məxfi xidmət əməkdaşlarına italyan təamını necə “həzm etdirib”? – VİDEO

30/03/2023 15:47
SON XƏBƏR

“2023 qələbə ilimiz olacaq!” - Video

Bakıda qadın 4 övladı ilə birgə itkin düşdü

Bu gününə ulduzlar sizə nə vəd edir?

Xəbər lenti

Günay Pirizadədən xəbər var – VİDEO

30/03/2023 17:43

Əri ilə videosuna təhqir yazan izləyicisini polisə verdi

30/03/2023 17:40

Tahir Kərimli: “İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmıram, deputatlara silah verilməsi vacibdir…”

30/03/2023 17:24

Çin lideri – Çini müharibəyə hazırladığını bəyan etdi

30/03/2023 17:20

Dini məbəddə qorxunc hadisə – Onlarla insan…

30/03/2023 17:08

Tanınmış müğənniyə qarşı saxtakarlıq – Sonu “31” olan nömrədən zəng edərək … – FOTO

30/03/2023 16:51

Məşhur aktyor:”Uşaq evində yaşadıqlarımı unuda bilmirəm”- FOTO

30/03/2023 16:46

DƏHŞƏT: Avtobus 8 yaşlı uşağı belə vurdu – ANBAAN VİDEO

30/03/2023 16:37

Kiçik qızın bu görüntüləri izləyənləri duyğulandırdı – VİDEO

30/03/2023 16:29

İranda molla rejimi qadınların isti mövsümdə geyimindən qorxuya düşdü – VİDEO

30/03/2023 16:15

Məktəbdən qovulan şagird cinayət törətdi

30/03/2023 16:04

Azərbaycan DTX Ermənistan məxfi xidmət əməkdaşlarına italyan təamını necə “həzm etdirib”? – VİDEO

30/03/2023 15:47

Azərbaycanda yeni agentlik yaradıldı – FƏRMAN

30/03/2023 15:39

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Zaur Mikayılov kimdir?- DOSYE

30/03/2023 15:38

Prezident ona yüksək vəzifə verdi

30/03/2023 15:22

“Narkomaniyaya birlikdə yox deyək!” maarifləndirici tədbiri keçirilib

30/03/2023 15:16

Azərbaycanda dollar qıtlığı yarana bilərmi? – VİDEO

30/03/2023 15:09

Azərbaycanlı müğənninin qayınanası efirə ZƏNG ETDİ: “Ona deməmişəm ki…” – VİDEO

30/03/2023 15:07

İcra hakimiyyətləri ləğv olunacaq – Deputat AÇIQLADI

30/03/2023 15:06

“Mənim üçün “boşanmaq” çox pis sözdür”

30/03/2023 15:04

Nicat Kazımovun “Yaşanan yarım əsr” adlı sənədli filmin təqdimatı keçirilib

30/03/2023 14:58

Rusiyada azərbaycanlılara gəlin satan qadın saxlanıldı

30/03/2023 14:53

Bakıda fəaliyyət göstərən Gürcüstan nömrəli avtobuslar kimindir? – Hər gün bu saatlarda … (VİDEO)

30/03/2023 14:50

Casusluqda ittiham olunan jurnalist həbs edildi

30/03/2023 14:45

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.