“Rusiya Ukraynada xüsusi əməliyyatın yeni mərhələsinə başlayıb”.
Medianews.az Rusiya mətbuatına istinadla bildirir ki, bu sözləri Böyük Britaniyanın Müdafiə Nazirliyinın kəşfiyyatçısı bildirib.
O, hesab edir ki, bu yaxınlarda Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının yeni mərhələsi başlayıb. Britaniyalı analitiklər qeyd edirlər ki, Rusiya 2014-cü ildən qonşusuna nəzarət etməyə çalışır. Bir il əvvəl isə bütün Ukrayna ərazisini ələ keçirməyə yönəlmiş xüsusi əməliyyata başlamaqla yeni yanaşma həyata keçirilib.
Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya əhali və resurslar baxımından öz üstünlüklərinə ümid edir və bu, son nəticədə Ukraynanın tükənməsinə gətirib çıxaracaq:
“Kremlin səyləri yeni əhəmiyyətli əraziləri ələ keçirməyə deyil, ilk növbədə Ukrayna silahlı qüvvələrini zəiflətməyə yönəlib”.
Qeyd edək ki, bir gün əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Vətənin Müdafiəçisi Gününə həsr olunmuş qala gecəsində bildirmişdı ki, rus əsgər və zabitləri babalarımızın və ulu babalarımızın döyüşdüklərini müdafiə edirlər:
“Bu gün biz növbəti dəfə ciddi təhlükə qarşısındayıq. Kollektiv Qərb Ukraynadan istifadə edərək Rusiyanı parçalamağa, onu müstəqillikdən məhrum etməyə çalışır. Bu cəhdlər uğursuzluğa məhkumdur”, – Rusiya müdafiə departamentinin rəhbəri əlavə edib.
Medianews.az